Ən yaxşı VS CODE əlavələri

Paylaşıldı: Redaktə edildi: 0 şərhlər 59 baxış

Bu gün sizə Visual Studio Code (VSCode) üçün ən yaxşı əlavələrdən bəhs edəcəyəm. VSCode, Microsoft tərəfindən yaradılmış pulsuz bir kod redaktorudur və əlavələr sayəsində kod yazmağı daha rahat edir. VS Code bilirsən ki, proqramçılar üçün super bir alətdir. Amma onu daha da gücləndirmək, daha da “ağıllı” etmək üçün əlavələr var.

1. Better Comments

Bu əlavənin köməyi ilə kodunuzdakı şərhləri rəngləndirə bilərsiniz. Məsələn, // TODO, // !, // ? kimi xüsusi işarələrlə şərhləri fərqli rənglərdə göstərir. Bu, kodunuzu oxuyarkən vacib qeydləri tez bir zamanda görməyə kömək edir.

2. Bookmarks

Böyük layihələrdə işləyərkən bəzən müəyyən yerləri tez tapmaq çətin olur. Bookmarks ilə kodunuzda işarələr qoya bilərsiniz. Kodun istədiyin sətirlərinə işarə qoyursan və sonra sadəcə bir kliklə həmin yerə gedib çıxırsan. Rahatlıqla istədiyin kodu tapırsan.

3. Colorize

Kodda rəng kodları (məsələn, #FF0000 kimi) görəndə onun hansı rəng olduğunu dərhal bilmək olmur. colorize bu işi asanlaşdırır. Rəng kodunun yanında elə həmin rəngi göstərir. Yəni, birbaşa görürsən ki, bu qırmızıdır, bu mavidir.

4. Dracula Theme Official

Gözləri yormayan, tünd rəngli bir tema axtarırsınızsa, Dracula teması əla seçimdir. Bu tema kodunuzu daha oxunaqlı edir və uzun müddət işləyərkən göz yorğunluğunu azaldır.

5. HTML CSS Support

HTML və CSS yazarkən kod tamamlaması, yəni sən yazanda VS Code-un sənə təkliflər verməsi çox vacibdir. HTML CSS Support bunu daha da ağıllı edir. Məsələn, div yazırsan, div ilə bağlı nə varsa göstərir, sənin üçün avtomatik tamamlayır

6. Live Server

Veb sayt düzəldirsən və hər dəfə dəyişiklik edəndə brauzerə gedib səhifəni yeniləyirsən? Yaxud Live Server sənin əvəzinə bu işi görür. Kodda nəsə dəyişən kimi, brauzerdə səhifə avtomatik yenilənir. Nəticəni dərhal görürsən, vaxtına qənaət edirsən.

7. Prettier – Code formatter

Kod yazırsan, boşluqlar fərqli, sətirlər səliqəsiz olur. Prettier kodu avtomatik olaraq müəyyən bir qaydaya salır, səliqəli edir. Yəni, hamı eyni stildə kod yazmış olur. Komanda ilə işləyənlər üçün xüsusilə vacibdir. Kodun oxunuşunu yaxşılaşdırır.

8. Auto Rename Tag

HTML yazarkən bir etiketin (məsələn, <p>) adını dəyişəndə, onun bağlayıcı etiketini (</p>) də əl ilə dəyişməlisən. Auto Rename Tag bunu sənin yerinə edir. Bir etiketi dəyişən kimi, digərini də avtomatik dəyişir. Kiçik bir şey kimi görünsə də, çox vaxta qənaət edir və səhvlərin qarşısını alır.

9. Path Intellisense

Bu əlavə, fayl yollarını yazarkən avtomatik tamamlanma təklifləri verir. Məsələn, src/components/ yazmağa başladığınızda, mövcud fayl və qovluqları təklif edir. Bu, xüsusilə böyük layihələrdə fayl yollarını daha sürətli və səhvsiz yazmağa kömək edir.

10. Tabnine: AI Chat & Autocomplete

Tabnine, süni intellekt əsaslı kod tamamlayıcıdır. JavaScript, Python, TypeScript, Java, PHP, Go və digər dillərdə kod yazarkən, növbəti sətiri və ya funksiyanı təklif edir. Bu, kod yazma prosesini sürətləndirir və daha məhsuldar edir.

guest
0 Comments
Inline Feedbacks
View all comments