1. Admin Menu Editor
Admin Menu Editor əlavəsi ilə WordPress idarəetmə panelinizin menyusunu istədiyiniz kimi fərdiləşdirə bilərsiniz. Menyu elementlərinin sırasını dəyişmək, adlarını yeniləmək və ya lazımsız bölmələri gizlətmək üçün effektiv vasitədir. Beləliklə, admin paneliniz daha səliqəli, yığcam və istifadəsi asan olur.
2. Elementor
Elementor WordPress üçün ən güclü və populyar səhifə qurucusu (page builder) əlavələrindən biridir. Elementor, kod bilmədən sürükləyib buraxmaqla fərdi dizaynlar yarada bilərsiniz. Peşəkar görünüşlü səhifələri sürətlə və asanlıqla Elementor ilə tərtib etmək mümkündür.
3. Site Kit by Google
Google-un rəsmi WordPress əlavəsidir. Bu plugin vasitəsilə saytınızı Google-un müxtəlif xidmətləri ilə (Analytics, Search Console, AdSense, PageSpeed Insights və s.) birbaşa əlaqələndirə bilərsiniz. Bütün statistik məlumatlar idarəetmə panelinizdə bir araya gətirilir və sayt performansını izləmək daha rahat olur.
4. UpdraftPlus – Backup/Restore
WordPress saytınız üçün ən populyar ehtiyat nüsxə (backup) əlavələrindən biridir. Bu plugin ilə saytınızı avtomatik və ya əl ilə yedəkləyə, ehtiyac olduqda isə asanlıqla bərpa edə bilərsiniz. Google Drive, Dropbox, OneDrive kimi bulud xidmətlərinə birbaşa yedəkləmə imkanı da təqdim edir. Sayt təhlükəsizliyi və məlumat itkisinə qarşı önəmli bir vasitədir.
5. WP Ghost Lite
WordPress saytınızın təhlükəsizliyini gücləndirmək üçün hazırlanmış, sadə və faydalı bir əlavədir. Bu pluginin əsas məqsədi saytınızı zərərli botlardan və hakerlərdən qorumaqdır.
Əlavənin ən önəmli xüsusiyyətlərindən biri standart giriş yollarını (məsələn, wp-admin
və wp-login.php
) dəyişdirmək və ya gizlətmək imkanı verməsidir. Bu o deməkdir ki, saytınıza avtomatik hücumlar edən botlar və zərərli proqramlar sizin giriş səhifənizi tapmaqda çətinlik çəkəcək. Nəticədə, saytınızın təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir, potensial risklər azalır və saytınız daha müdafiəli olur.
6. wpDiscuz
Saytınızdakı standart şərh bölməsini daha funksional hala gətirir.